Londondan olan plastik cərrah Julian De Silva dünyanın ən gözəl qadanını müəyyən edə biləcək araşdırma aparıb.
Həkim bunun üçün "qızıl bölmə” qaydasına müraciət edib. Onun mahiyyəti ondan ibarətdir ki, üz və ya bədənin nisbəti 1.618 rəqəminə nə qədər yaxın olsa, insan bir o qədər gözəl olur.
Nəticədə məlum olub ki, britaniyalı aktrisa Codi Komerin görünüşü ideala 94,52% yaxındır.
Qeyd edək ki, aktrisa Codi Komer məşhur "Killing Eve" serialında rol alır.