• Şikayət et

“Düşmən milli ləyaqətimizi təhdid edir və alçaldır" - Erməni ekspert

Biz “qara qu quşu” səbirsizliyi ilə yaşayırıq, sabah nə olacağını bilmirik.

Bu sözləri Alternativ Layihələr Qrupunun eksperti Vahe Hovannisyan səsləndirib.

“Düşmən milli ləyaqətimizi daim təhdid edir və alçaldır. Xalq incimir, bir millət olaraq geniş şəkildə ruhdan düşmə prosesi gedir. Biz xalq olaraq “qara qu quşu” intizarında yaşayırıq, sabah nə olacağını bilmirik, çünki dövlətimiz proseslərin ipini əldən buraxıb” – deyə Hovannisyan əlavə edib.

O, bildirib ki, güc hər şeyə birtərəfli qaydada qərar verən və yalnız özünü düşünən bir şəxsdən ibarətdir.

“Heç bir mühafizə mexanizmi yoxdur. Bütün dövlət sistemi bir nəfərin xidmət sahəsinə çevrilib. Müxalifətin indiki formatları açıq-aydın tükənib və lazımi sosial konsolidasiyanı təmin edə bilmir” – deyə erməni elspert fikrini tamamlayıb.

Günel Mikayılova

Mənbə:
0
536
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar