“Ruben Vardanyanın işin öhdəsindən necə gələcəyini zaman göstərəcək. Nəzərə alsaq ki, Ruben Vardanyanın Rusiyada kifayət qədər biznes strukturları və aktivləri var, Rusiya vətəndaşlığından imtinanın Rusiyanın ali rəhbərliyi ilə razılaşdırıldığını ehtimal etmək çətin deyil”. Ordu.az xəbər verir ki, bunu “Helsinki təşəbbüsü-92” Qarabağ komitəsinin koordinatoru, ermən ictimai xadim Karen Ohancanyan deyib.
Onun sözlərinə görə, Vardanyanın Rusiya vətəndaşlığından hansı məqsədlə imtina etdiyini zaman göstərəcək.
“Mən həmişə ermənilərlə azərbaycanlıların dinc yanaşı yaşamasının və Azərbaycan ilə əməkdaşlıq platformalarının yaradılmasının, fəal dialoqun başlanmasının tərəfdarı olmuşam. Biz qonşuyuq və düşmənçilik səhifəsini çevirməyə çalışmalıyıq və qarşılıqlı səfərlər, biznes layihələri, mədəni mübadilələr və bir-birimizə insani ehtiram göstərmək də daxil olmaqla dinc yanaşı yaşamağa və yan-yana inkişaf etməyə başlamalıyıq. Düzünü desəm, Ermənistan münaqişənin lap əvvəlindən danışıqlar prosesini tərk etməli, Qarabağın (qondarma qurum – red.) adından danışqı aparmaq öhdəliyi götürməməli və sonda həm danışıqlarda, həm də müharibədə məğlub olmamalı, indi isə sadəcə olaraq xəyanətkarcasına Qarabağdan imtina etməməli və bütün məsuliyyəti onun üzərinə qoymamalı idi”, - deyə Ohancanyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az