• Şikayət et

“Ərdoğan ərimi xilas edəcək” – Medvedçukun xanımı

 

Ukraynalı müxalif siyasətçi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenko Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın köməyinə ümid edir. O, Türkiyə liderinin Medvedçukun azadlığa buraxılmasına yardım edəcəyinə əmin olduğunu bildirib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə siyasətçinin xanımı mətbuat konfransında deyib.

“Bu gün mən Ərdoğanı Avropada yeganə müstəqil siyasətçi hesab edirəm. Bundan əlavə, o, Ukrayna və Rusiyanın böyük dostu olduğunu dəfələrlə bəyan edib. Əminəm ki, Ərdoğan kimi güclü prezident təsir imkanlarını tapacaq”,- deyə Oksana Marçenko söyləyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Medvedçukun saxlandığını açıqlayıb. O, Medvedçuku əsir götürülmüş ukraynalılarla dəyişməyi təklif edib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Medvedçukun taleyinə nəzarət edəcək və avropalı siyasətçiləri buna çağıracaq.

Partiya liderinin xanımı Marçenko daha sonra “YouTube” səhifəsində Zelenskiyə müraciət edərək ərinin azadlığa buraxılmasını tələb edib. Həmin gün o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan həyat yoldaşının azad edilməsinə köməklik göstərməsini xahiş edib.

Onu da bildirək ki, Viktor Medvedçuk Rusiya lideri Vladimir Putinin ən yaxın adamlarından hesab olunur.

Mənbə:
0
300
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar