"Əgər böyük bir təsadüf ortaya çıxmayacaqsa, o zaman fevralın 13-də "6-lı Masa"nın prezidentliyə namizədi açıqlanacaq".
Mia.az xəbər verir ki, bu sözləri CHP-nin İstanbul şəhərindən deputatı olan Sezgin Tanrıkulu Tele1 kanalında deyib.
O xatırladıb ki, "Millət ittifaqı"nın və 6"-lı Masa"nın onurğasını CHP təşkil edir: "Bu və ya digər böyük bir təsadüfi fövqəladə hal baş verməzsə, o zaman fevralın 13-də namizədimiz elan olunacaq. Masanın və ititfaqın vahid namizədi sədrimiz Kamal Kılıcdaroğlu olacaq".
Deputat İYİ partiyanın Kilicdaroğlunun namizədliyinin əleyhinə olması barədə suala cavabda deyib ki, belə bir narahatlıq yoxdur: "Maral Akşenerin lideri olduğu partiya son qərarını haqqdan yana verəcək".
Samir