• Şikayət et

Erməni analitik: “İrandan Ermənistana PUA-lar satmaq perspektivinə eyhamlar olub”

“Ötən həftə İran ətrafında baş verən hadisələr zəngin olub. Həftənin sonunda İran xarici işlər nazirinin Ermənistana səfəri və İranın Qafanda konsulluğunun açılması baş tutub, eyni zamanda İran silahlı qüvvələrinin genişmiqyaslı hərbi təlimləri keçirilib”. Ordu.az xəbər verir ki, bunu erməni analitik Derenik Xaçatryan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistanın təhlükəsizlik zəmanəti ilə bağlı İrandan bəyanatlar səsləndirilməsi, Ermənistana PUA-lar satmaq perspektivinə eyhamlar olub.

“Bu müddətdə Zəngilanda hava limanının açılışı baş tutdu, orada Türkiyə Prezidenti Ərdoğan da iştirak etdi. O, Cəbrayılda Ermənistandan təzminat tələb etmək məsələsini qaldırdı və eyni zamanda Şuşada konsulluq açılmasını bəyan etdi. Bu dəfə yuxarıda qeyd olunan hadisələrin xarici siyasi komponentini bir kənara qoyaraq PUA mövzusuna toxunmaq istərdim. Əvvəlcə qeyd etmək istərdim ki, mənim təhlilim dar çərçivədə peşəkar deyil və silahlar sahəsində dərin biliklərə əsaslanmır, sadəcə olaraq açıq mənbələrdən toplanmış məlumatların təhlilinə əsaslanır, ona görə də bu təhlil ciddi peşəkarlıq iddiasında və qüsursuz da deyil. Beləliklə, açıq mənbələrə görə, hərbi ekspertlər belə qənaətə gəlirlər ki, Qarabağda “Bayraktar”ların səmərəli istifadəsinə aşağıdakı mühüm hallar kömək edib:

- Qarabağdan çox da uzaq olmayan ərazidə hava limanlarının və aerodromların olması bu PUA-ların uçuşları və enişlərini təşkil etməyə imkan verdi;

- Qarabağda eşolonlu hava hücumundan müdafiə sisteminin olmaması və ya müharibənin ilk günlərində onun sürətlə məhv edilməsi;

- PUA-ların nisbətən kiçik ərazidə və məsafədə tətbiqi. Aşağı hissədə yerləşən, Kanada istehsalı olan kameralar 40 km-dən çox məsafədə hədəf obyektlərinin çox aydın təsvirlərini əldə etməyə imkan verir ki, bu da kəşfiyyat baxımından mühüm əhəmiyyət kəsb edir, eləcə də dəqiq koordinatları artilleriyaya ötürür;

- Qarabağda erməni tərəfinin müasir təyyarələr və döyüş təyyarələri şəklində hava üstünlüyü yox idi, halbuki, unutmaq olmaz ki, Türkiyə F-16 təyyarələri müharibə zamanı Azərbaycan ərazisində idi”, - deyə Xaçatryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə:
0
1542
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar