• Şikayət et

Erməni ekspert: “Avropa öz müşahidəçilərindən siyasi manipulyasiya obyekti kimi istifadə etməyə başlayacaq”

“Azərbaycan Azərbaycanla sərhəd boyunca ATƏT-in müşahidəçi qrupunun Ermənistana göndərilməsi məsələsi həll olunana qədər təşkilatın 2023-cü il büdcəsini müzakirə etməkdən imtina edib”. Ordu.az xəbər verir ki, bunu erməni azərbaycanşünas Qarnik Davtyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin bəyanatında deyilir ki, ATƏT-in Sədrliyi və Katibliyinin maraqlı tərəflərlə, Bakı və İrəvanla məsələni razılaşdırmadan Ermənistana belə bir missiya göndərmək səlahiyyəti və mandatı yox idi və bu məsələ ilə bağlı qərarlar konsensus əsasında ATƏT-də qəbul edilməlidir.

Davtyan bildirib ki, qısa müddətdən sonra “ermənisevər”, “Ermənistanı xilas edən” Avropa öz müşahidəçilərindən siyasi manipulyasiya obyekti kimi istifadə etməyə başlayacaq.

“Avropa da konsensusu “sındıracaq” və Ermənistanı yeni güzəştlərə sövq edəcək, əlbəttə, “demokratiya”sız dünya dünya deyil”, - deyə Davtyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə:
0
1501
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar