• Şikayət et

Erməni nazir: "Türkiyə sərhədinin açılmasından biznesimiz faydalanacaq"

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan Türkiyə hakimiyyətinin Ermənistanla birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanı aradan qaldırmaq barədə son qərarını şərh edib. AzVision.az xəbər verir ki, o, "Armenpress"ə açıqlamasında deyib ki, əgər geosiyasi şərait Ermənistanın xeyrinə olsa və Türkiyə ilə sərhəd açılsa, o zaman daxili biznes bu məsələdən müsbət təsirini hiss edəcək: "Bizdə olan məlumata görə, hələ ki, müntəzəm daşımalar yoxdur. Ölkələrin coğrafi yaxınlığını nəzərə alsaq, belə yükdaşımalar olmaya da bilər. Çünki məsələn, Gürcüstan ərazisindən aktiv quru nəqliyyat əlaqələri mövcuddur. Ancaq o da var ki, bəzi malların daşınması yalnız bu yolla mümkündür".

Quru sərhədinin açılmasına gəlincə, Kerobyanın fikrincə, bu, iqtisadi artıma səbəb olacaq. Təkcə burada Türkiyə bazarı deyil, bu ölkədən keçməklə Yaxın Şərq ölkələrinə tranzitin olması da nəzərə alınmalıdır.
 

Mənbə:
0
56
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar