• Şikayət et

Ermənistan rus ordusunun məlumatlarını Qərbə ötürüb - Şok faktları açıqlandı

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Ermənistan özünün təmsil olunduğu təşkilatda belə heç bir mövqeyə sahib deyil. Siyasi analitiklər hesab edirlər ki, Azərbaycan Ermənsitanı öz meydanında siyasi məğlubiyyətə uğradıb. İrəvanda Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatının son toplantısında baş verənlərlə bağlı nə demək olar?

- KTMT-nin İrəvanda keçirilən toplantısından nə gözlənilirdisə, o da baş verdi. Bu toplantıda Ermənistan öz istəyi naminə Azərbaycan əleyhinə hər hansı bir qərarın qəbul olunmasını gözləyirdi. Amma bunu Ermənistandan başqa heç kəs təbii ki, gözləmirdi. Bu belə də oldu. Bundan da çox məyus olan Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin son bəyanatına imza atmaqdan imtina etdi. Eyni zamanda Paşinyan özü KTMT-nin bu iclasının fiaskoya uğradığı açıqladı. Əslində Ermənistan rəhbərliyinin elə bir gözləntisi var ki, sanki hamı bunlara borcludur. Ermənistanın Azərbaycanla bağlı probleminə dair KTMT-nin üzvü Blerus prezidenti Aleksandr Lukaşenko onlara layiq olduğu cavab verdi. Bundan öncə də, KTMT-nin onlayn formatda keçən iclasında Lukaşenko açıq şəkildə dedi ki, Ermənistan rəhbərliyi Azərbaycan Prezidenti ilə oturub məsələni həll etsin. İrəvanda keçirilən toplantıda da.Lukaşenko demək olar ki, həmin fikrini təkrar etdi.

- Ermənistanın hər vəchlə Azərbaycan-Ermənistan arasındakı prosesə KTMT-ni qatmaq cəhdinə təşkilatın münasibəti necədir?

- Bu məsələ ilə bağlı da Belarus prezidenti öz mövqeyini bildib. O açıq şəkildə deyib ki, burada KTMT-lik bir məsələ yoxdur. Təşkilat bu məsələ ilə bağlı ümumi rəy verə bilər. Amma onun iki dövlət arasında olan prosesə qarışması üçün heç bir əsas yoxdur. Amma nədənsə, bu sualı Paşinyanın özünə ünvanlayan yoxdur. 30 il Azərbaycan torpağını işğalda saxlayan Ermənistan nədənsə həmin vaxt bu məsələ ilə bağlı KTMT-dən bir mövqe almadı. İndiki şəraitdə Ermənistanın hər dəqiqə başı KTMT-dən Azərbaycanla bağlı məsələlərdə yardım istəməsi olduqca absurdur. Çünki Azərbaycanla şərti sərhəd xəttində təxribatlara Ermənistan əl atır. Azərbaycan heç bir halda Ermənistan ərazisini işğal etməyib. Ona görə də KTMT-nin bu işə qarışması üçün fakt mövcud deyil.

- Bəs Rusiya tərəfinin Ermənistanın davamlı olaraq KTMT-dən yardım istəməsinə reaksiyası hansı şəkildədir?

- Rusiya Prezidenti Vladimir Putin II Qarabağ müharibəsinin gedişində bu məsələyə aydınlıq gətirib. O vurğulamışdı ki, müharibə Azərbaycan ərazisində gedir. Ona görə də bu məsələdə ermənilərin məntiqini anlamaq olmur. KTMT-dən bu ölkənin gözləntilərinin nədən olması da açıq qalır. Amma Qarabağ müharibəsi bitib. Artıq sülh müqaviləsi üzərində işləmək lazımdır. Amma Ermənistan bu məsələləri bir kənara atıb. Elə KTMT-nin ətəyindən yapışır ki, Azərbaycana qarşı hansısa bir qərar qəbul edilsin.

- Ümumilikdə təşkilatın Azərbaycan əleyhinə hansısa bir addım atması və yaxud qərar qəbul etməsi gözlənilirmi?

- Azərbaycanın KTMT-də Ermənistandan başqa təşkilatın bütün üzvləri ilə çox yaxşı münasibətləri, əlaqələri var. Bunu ermənilərin özləri də etiraf edirlər. Ermənistanda deyirlər ki, Azərbaycanın KTMT-də olan hörməti bu təşkilatın üzvü olan Ermənistandan dəfələrlə artıqdır. Çar Rusiyanın yaratdığı, sonradan isə sovet Rusiyasının dövlət etdiyi Ermənistan indi açıq şəkildə Rusiya dövlətinə arxa çevirir. Çünki bunlar satqın, xəyanətkar, ikiüzlü, riyakardırlar. Məhz KTMT-nin İrəvandakı toplantısı zamanı Rusiya, Putin əleyhinə mintinq təşkil edildi. Bu etirazlarda açıq şəkildə Rusiya dövləti, onun prezidenti Putinə qarşı təhqirlər səsləndi. Bunun fonunda isə Paşinyan Putini gedib aeroportda qarşıladı. Bu fakt onların iki üzlülüyünü, riyakarlığını göstərir. Bunu təbii ki, Putin bilir.

- Rusiya Ermənistan tərəfindən sərgilənən bu davranışa necə cavab verdi?

- Rusiya rəsmiləri dərhal bu məsələ ilə bağlı açıq şəkildə etiraz etdilər və reaksiya verildi. İndi isə məlum olur ki, Ermənistan Rusiya baş qərargahının, rus ordusunun bütün məlumatlarını Qərbə ötürub. İndi də bu işi davam etdirirlər. Rusiyanın hava hücumundan müdafiə sistemi ilə bağlı məlumatlar Qərbə verilib. Bunu Ermənistan rəhbərliyi birbaşa edib. Çünki KTMT-nın üzvü kimi Ermənistan bu sənədləri əldə etmək imkanları var. Ona görə də onlar Rusiyanın hərbi sirləri ilə bağlı bütün məsələləri Qərbdəki tərəfdaşlarına göndəriblər. Sorosçulardan olan Paşinyan komandası bunu məharətlə edib. Hətta Rusiyada təhsil alan erməni kursantların və zabitlərini siyahsını, eyni zamanda rusları say tərkibini də onlar qərbdəki mənbələrə çatdırıblar.

- KTMT-yə birbaşa rəqib olan Avropa və ATƏT nümayəndlərinin Ermənistanda olmasına təşkilat necə reaksiya göstərdi?

- Bununla bağlı da təşkilatın toplantısında mövqe bildirildi. Çünki sonradan məlum oldu ki, Ermənistana gələn Avropa təmsilçilərinin əsksəriyyəti hərbçilər, kəşfiyyatçılardır. Onlar Rusiyanın Ermənistanda olan 102-ci hərbi bazasının xüsusiyyətləri ilə bağlı məlumatlar toplamağa gəlib. Bu, Rusiyanın bütün fəaliyyətlərini öyrənmək üçün edilən bir cəhddir. Əslində Rusiya tərəfi bütün bunların hamısını bilir. Amma Paşinyan hesab edir ki, bu qədər xəyanətin qarşısında Rusiya və KTMT-ı onlara borcludur. Bu faktları KTMT-də hər kəs bilir.

Mənbə:
0
130
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar