Ermənistanda alternativ yol çəkilişləri: Layihələr, reallıqlar...

Şimal-Cənub yol dəhlizinin Sisian-Kacaran hissəsinin tikinti prosesinə 2022-ci ilin sonunda başlanılması planlaşdırılır. Yolun inşası qısa müddətdə başa çatsa, Ermənistanın iqtisadi-siyasi həyatında ciddi dəyişiklərin baş verəcəyi proqnozlaşdırılır.

Şimal-Cənub yolunun Sisian-Kacaran hissəsi təxminən 2,5-3 saatda keçilməklə 130 km.-dir (şəklə bax).

Şimal-Cənub yol dəhlizinin Sisian-Kacaran hisəssində təxminən ümumi uzunluğu 4,7 km olan körpülər və 12,5 km olan tunellər də daxil olmaqla təxminən 60 km olan ikinci texniki kateqoriyalı yeni bir yol hissəsinin inşası planlaşdırılır (ən uzun Bərgüşat tunelidir - təxminən 8.7 km).

Bu layihələrin dəyəri təxminən 1 milyard ABŞ dolları (təqribi 480 milyard dram) olaraq qiymətləndirilir.

Baş naziri Nikol Paşinyan hökumətin tezliklə Sisian-Kacaran yol hissəsinin tikintisi üçün beynəlxalq tender elan edəcəyini, bu yolun Ermənistan iqtisadiyyatına yeni keyfiyyət gətirəcəyini, İranla iqtisadi əlaqələrin möhkəmlənməsinə, Fars körfəzini Şimal dənizinə bağlamağa və bütün regional kommunikasiyaların açılmasına kömək edəcəyini bildirib.

Ermənistanın özəl sektorunun mövcud imkanları belə tikinti işləri aparmağa imkan vermir. Başqa sözlə, erməni şirkətləri bu proqramın mövcud olduğu müddətdə heç vaxt tenderin şərtlərini təmin edə, iştirak edib qalib gələ bilməyiblər. Xarici şirkətlər isə həmişə qalib olublar.

Erməni ekspertlər Ermənistanın beynəlxalq lahiyələrdə hər zaman passiv və təcrübəsiz olduğunu vurğulayıb. Onlar bildirir ki, Azərbaycan bir neçə ay ərzində çatdırıb hava limanı tikir, ermənilər isə yalnız tenderdə necə qalib gələcəklərinə vaxt ayırırlar.

Bu arada Gorus-Qafan alternativ yolu noyabrda hazır olacaq.

Ermənistanda çəkilməkdə olan digər avtomobil yolu Tatevdən Ağvana gedən 43 kilometrlik yoldur. Bu yol Gorus-Qafan yoluna alternativ olacaq və noyabrın sonuna qədər istifadəyə veriləcək. Strateji əhəmiyyət kəsb edən bu hissənin ən qısa zamanda yüksək keyfiyyətlə qurulması üçün 8 milyard 900 milyon dram (18,400183 ABŞ dollar) sərmayə qoyulub.

Telman Qasımov

Hərbi-siyasi ekspert

Mənbə:
0
23
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar