• Şikayət et

“Ermənistanın "milli qəhrəmanı" general-mayor Andranik Piloyan satqındır" - Erməni KİV

Ermənilər “Milli Qəhrəmanı” adını almış general-mayor Andranik Piloyan barədə paylaşım ediblər. Onlar generalı “satqın” adlandırıblar.

KONKRET.az xəbər verir ki, paylaşımda 44 günlük müharibə zamanı indi “milli qəhrəman” adı almış general-mayor Andranik Piloyan əsgərlərin döyüş postlarını tərk etməsinə, müdafiə xəttini boş qoyub geriyə qaçmalarına şərait yaradıb. Və bu geriyə çəkilməyə “taktiki geri çəkilmə” adı qoyulub. Ermənilər “qəhrəman” adlandırılan bu şəxslərin hazırda həbsdə olmalı olduğunu vurğulayıblar.

 

Həmin paylaşımı təqdim edirik:

“Yayılan söz-söhbətlər həqiqətə yaxındır, çünki 2020-ci ilin oktyabrında “Ermənistanın Milli Qəhrəmanı” adını almış general-mayor Andranik Piloyan, postları necə özbaşına tərk etmək və Arsaxın cənub-şərqi müdafiə xəttindən Ermənistanın tam sərhədinə qədər necə geri çəkilmək lazım olduğunu deyə bilər. Arçrun Hovannisyanın “taktiki geri çəkilmə” haqqında dediyi sözləri xatırlayırsınızmı?

Müharibə bitdikdən sonra Andranik Piloyan birdən-birə ictimaiyyətə cavab verə bilməyəcək deyə, hərbi xidmətdən hökumət dairələrinə keçdi.

Hələlik susur, ancaq Nikol Paşinyan tərəfindən tam istifadə edilən, sonra isə indiki rejimin nəzarətində olan media tərəfindən nüfuzdan salınan kimi mətbuat konfransları keçirməyə başlayacaq, amma artıq gec olacaq. Bunu edən bütün Ermənistan Milli Təhlükəsizlik Xidməti və Silahlı Qüvvələri generallarına salam olsun”.

Xuraman Etibarlı,

KONKRET.az

Mənbə:
0
187
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar