"Fasilə yaranmasa, daha yaxşı olardı"

"Keşlə”nin məşqçisi Zaur İsmayılov Azərbaycan Premyer Liqasının 6-cı turunda "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.
- Ağır oyun keçdi. Hər iki komanda son sıralarda idi. Hər iki tərəfə qələbə lazım idi. Sevinən tərəf biz olduq.Futbolçulara təşəkkür edirəm. Rəqibə uğurlar arzulayıram.

- Sanki Sənan Qurbanovun texniki zonada yoxluğu daha çox “Keşlə”nin xeyrinədi...

- Belə deməzdim. O, kənardan da olsa, göstərişlərini verirdi. Qələbəmiz çoxdandır gözlənilirdi.

- Matçdan sonra Felipe Santozdan tərbiyəsiz jesti oldu. Epizodu gördünüzmü?

- Görmədim. Baxacağıq, belə bir şey olubsa, cəzasını alacaq.

- 90 dəqiqə qapandınız. Bu sizin tapşırığınız idi, yoxsa komanda məcburən geri çəkilirdi?

- Rəqibi mərkəzdə qarşılamaq istəyirdik. Erkən qoldan sonra da arxaya çəkildik. Bu, rəqibin hücumları ilə bağlı idi. "Sabah"da texnikalı futbolçular çoxdur. İrəli çıxsaq, çoxlu təhlükələr ola bilərdi.

- Komanda son iki matçda 4 xal toplayıb. Belə məqamda çempionatda fasilə yaranması komandanın ziyanına olmayacaq ki?

- Fasilə olmasa, daha yaxşı olardı. Hər halda biz də boşluqlarımızın üzərində işləyəcəyik (sportal.az).

Mənbə:
0
372
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar