• Şikayət et

Füzulidə 2 qədim kəhrizə yeni həyat verildi

Füzuli rayonunda 2 qədim kəhrizin bərpa edilməsi rayonun etibarl su təchizatına yeni töhfə olub. “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Şükürbəyli kəndi ərazisindəki Quruçay kəhrizi bugünlərdə bərpa edilərək yerli icmaların istifadəsinə verilib.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi layihə əsasında bundan əvvəl Babı, Arayatlı və Molla Məhərrəmli kəndlərinin əhalisini içməli su ilə təchiz edən Babı kəhrizi bərpa edilmişdi. Son illərdə Ağdam, Goranboy, Füzuli və Qazax rayonları ərazisində yeni həyat verilmiş 20 kəhriz də bu birgə humanitar əməkdaşlığın uğurlu nəticəsidir.

Mənbə:
0
1406
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar