• Şikayət et

General Krımın azad ediləcəyi tarixi AÇIQLADI

"Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə 2023-cü ilin yazının sonunda başa çata bilər. Rusiya Federasiyası ilə danışıqlar yalnız Rusiya qoşunlarının Ukrayna ərazisini tərk etməsi şərtilə mümkündür".

Redaktor.az "Sky News"a istinadla xəbər verir ki, bu açıqlama ilə Ukraynanın müdafiə nazirinin müavini, istefada olan general-mayor Vladimir Qavrilov çıxış edib.

O, Ukrayna Silahlı Qüvvələrinin Krımı bu ilin dekabr ayının sonuna qədər işğaldan azad edə biləcəyini qeyd edib:

“Ukrayna cəmiyyətində belə bir qərar var ki, biz sona qədər gedirik".

General əlavə edib ki, Ukrayna hətta Rusiyanın nüvə zərbəsi təhlükəsi olsa belə, qələbəyə qədər mübarizəni dayandırmayacaq:

“Bu, bizim mübarizəmizi davam etdirməyimizə mane olacaq təhlükə deyil”.

Eyni zamanda, Qavrilov hesab edir ki, nüvə zərbəsi təhlükəsi azdır.

Turan İSMAYIL

Mənbə:
0
132
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar