• Şikayət et

“Hayeli”: Paşinyanın sevimli generalı yiyəsiz qalıb

Hamı bilir ki, Ermənistan Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Samvel Babayan böyük imtiyazlar və azadlıqlar əldə edib, tez bir zamanda Ermənistanı xilas etmək vəzifəsini öz üzərinə götürüb, Qarabağda “fəaliyyət”ə başlayıb. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayeli” nəşri yazıb.

Qeyd olunub ki, hətta 2020-ci il müharibəsi zamanı onun bunker sərgüzəştləri yaxşı məlum idi.

“Əldə etdiyimiz məlumata görə, Babayan son vaxtlar kifayət qədər qeyri-müəyyən vəziyyətdədir, özünəməxsus macəralarında olur, müxtəlif dairələrlə görüşür, ziddiyyətli bəyanatlar verir və özünü “Qarabağın xilaskarı” kimi təqdim edir. Məlumata görə, Samvel Babayan rusiyayönlü şəxslər və dairələrlə görüşləri zamanı Rusiya qüvvələri tərəfindən göndərildiyini bəyan edir, Paşinyanın qüvvələrini də Qərb qüvvələrinin onunla əlaqədə olduğuna inandırır, həmişə KTMT-yə qarşı olduğunu sübut kimi gətirir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə:
0
1505
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar