• Şikayət et

Hindistanda 12 uşaq qızılcadan ölüb

 

Mumbayda 20 min uşaq qızılcaya qarşı peyvənd olunmayıb...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hindistanda artan qızılca epidemiyasında Mumbay və ətraf şəhərlərdə ümumilikdə 12 uşağın öldüyü bildirilir.

Hindistan rəsmiləri qızılca epidemiyasına yoluxanların sayının 233 nəfərə çatdığını bəyan edərək, ötən illə müqayisədə bu halların 3 dəfə artdığını qeyd ediblər.

Rəsmilər ölkədə qızılcadan ölənlərin sayının 2022-ci ildə 12-yə yüksəldiyini və Covid-19 epidemiyasında peyvəndləmə prosesinin yavaş olmasının qızılca yoluxmalarını artırdığını bildirib.

Qeyd edilir ki, Mumbayda 20 minə yaxın uşaq epidemiya səbəbindən qızılca peyvənd olunmayıb. Hindistanda səhiyyə rəsmisi Dr. Manqala Qomare uşaqların müşahidə altında tutulduğunu və peyvəndləmə prosesinə üstünlük verildiyini söyləyib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatına görə, 2020-ci ildə dünyada 23 milyon uşağa standart peyvəndlər belə vurulmayıb.

pia.az

Mənbə:
0
114
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar