• Şikayət et

"İnsanlar düşünürdü ki, hamını darmadağın edəcəyik" - Keyn

İngiltərə millisinin futbolçusu Harri Keyn DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda ABŞ-la qolsuz bərabərə qaldıqları oyunu şərh edib.

Qol.az xəbər verir ki, o deyib: “Əlbəttə, bu, bizim ən yaxşı çıxışımız deyildi. Topla yaxşı oynadıq və yaxşı kombinasiyalar yaratdıq. Bizdə hücumu tamamlamaq çatışmır. İranla oyunda şanslarımızdan yaxşı istifadə etdiyimiz üçün hər şey tam fərqli oldu. Bu matçda isə iki-üç yaxşı fürsətimizi əldən verdik".

Keyn ABŞ-ın yaxşı rəqib olduğunu vurğulayıb: "Onlara hörmət etmək lazımdır. Heç-heçə bizim üçün dünyanın sonu deyil. Növbəti matçı səbirsizliklə gözləyirik.

İlk oyunumuzdan sonra (İrana qarşı 6-2 -red) insanlar düşündülər ki, hamını darmadağın edəcəyik, amma bu, belə deyil”.

Mənbə:
0
307
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar