"Sınıqçıların yanından fəsadlaşma ilə bizə müraciət edənlərin sayı az deyil".
Kaspi.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutun direktoru Elviz Qasımov deyib.
Direktorun sözlərinə görə, möhkəm dartma və ya sərt masajlar nəticəsində travma daha da şiddətlənir: "Müasir dövrdə sınıqçıya getmək düzgün deyil. Mütəxəssis varsa, sınıqçıya getmək yolverilməzdir”.