“İnternetdən gələn məlumatlara etibar etmək mümkün deyil, bir çox saxta informasiya hücumları var”.
Xeberoxu.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, informasiya həm də mübarizə silahıdır, buna görə də informasiya hücumları kifayət qədər effektiv mübarizə növlərindən biridir:
“Aydındır ki, həyat televiziya ekranlarında və hətta internetdə göstərilənlərdən daha mürəkkəb və rəngarəngdir. Orada heç nəyə etibar etmək olmaz, saxtakarlıqlar, hiylələr, yalanlar çoxdur. İnformasiya hücumları həmişə belə olub”.