Hətta İrandakı kişilərin böyük əksəriyyəti də qadınların hicabla gəzməsini istəmir…
PİA.az xəbər verir ki Toni Bleyr Qlobal Dəyişiklik İnstitutu və İranada Dəyişikliklərin Analiz Qrupunun (GAMAAN) birgə apardıqları rəy sorğusuna görə son 2 ildə iranlıların əhval-ruhiyyəsini dəyişikliyə mərusz qalıb. Rəy sorğusu 56 831 nəfər arasında aparılıb
Bu sorğuya əsasən respondentlərin təxminən 73%-i hicabın məcburi geyinilməsinin əleyhinədir. Kişilər isə demək olar ki, qadınlarla bərabər səviyyədə buna qarşı çıxırlar.
Rəyi soruşulanların təqribən 76%-i ümumiyyətlə dini həyatlarında əhəmiyyətsiz hesab edir.
Hicaba qarşı olan respondentlərin 84%-i isə dünyəvi dövlətdə yaşamaq istəyir.
Rəy sorğusundan gəlinin nəticə budur ki, artıq uzun illərdir ki, İran xalqı ölkədə islahatların aparılmasını deyil, rejimin dəyişməsini istəyir. Aparılan sorğu da onu göstərir ki, İran xalqının hazırda apardığı mübarizə İslam Respublikasının tam süqutu və ölkədə demokratik rejimin formalaşması üzərindədir. Hərəkatın liderlərinin olmaması da xalqın tam olaraq bu qənatdə olduğunu göstərir. Bu isə İranda İslam Respublikasının sonunun başlangıcıdır.
Qeyd edək ki, Toni Bleyr Qlobal Dəyişiklik İnstitutunun bu hesabatı 2020-ci ilin iyununda və 2022-ci il fevralında keçirilən sorğular əsasında hazırlanıb. Araşdırmanın həqiqiliyi ən axı 95%-dir.
pia.az