Bu ildən etibarən BƏƏ-dən turistlərin İsrailə vizasız girişinə icazə verilib.
Turizmplus.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin peyvənd olunmuş və peyvənd olunmamış istənilən cinsindən və bütün yaşdan olan vətəndaşları yola düşməzdən əvvəl götürülmüş mənfi PCR testini təqdim etdikdən sonra İsrailə tətilə gedə bilərlər.
Qeyd edək ki, bu qayda martın 1-dən qüvvəyə minib.