Rusiya Liberal Demokrat Partiyasının (RLDP) keçmiş lideri, bir müddət bundan öncə ölən Vladimir Jirinovskinin Qarabağ probleminin “həlli planı” ilə bağlı 2020-ci ildəki açıqlaması Rusiya sosial şəbəkələrində trendə çevrilib.
Qazet.az xəbər verir ki, Jirinovskinin iştirak etdiyi “Vladimir Solovyovla axşam” verilişi 11 oktyabr 2020-ci ildə, İkinci Qarabağ savaşı vaxtında yayımlanıb.
Belə ki, RLDP liderinin sözlərinə əsasən, Kremlin Qarabağ münaqişəsini həll etmək üçün planı var:
“Dağlıq Qarabağ” adlı bir yer olmayacaq. Həmin ərazilər iki yerə bölünəcək. Sərhədyani 2 rayon və Stepanakert (Xankəndi) ermənilərdə qalacaq, qalan rayonlar Azərbaycanın nəzarəti altına keçəcək”.
- Bəs Şuşa necə olacaq?
Solovyovun sualına Jirinovski “Şuşa da Azərbaycanın olacaq”, - cavab verir.