Ötən ay Ermənistanda baş verən "kazarma faciəsi" ilə bağlı daha bir zabitin həbsinə hazırlıq gedir. AzVision.az xəbər verir ki, bununla bağlı Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, Qeqarkunikdə baş verən yanğın zamanı xəsarət alan kapitan E.X.-nin barəsində cinayət işi başlanıb.
O, Cinayət Məcəlləsinin 532-ci (Silah, döyüş sursatı, hərbi texnika və ya digər hərbi əmlakla davranış qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma-red.) maddəsi ilə ittiham olunur.
Tural Tağıyev