"Keşlə" 2 futbolçusunu itirdi

"Keşlə" Azərbaycan Premyer Liqasın 6-cı turunda hazırda davam edən “Sabah”la matçda 2 ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, əvvəlcə 28-ci dəqiqədə 21 yaşlı müdafiəçi Elçin Mustafayev çiynindən xəsarət alıb. O, mübarizəni davam etdirə bilməyib və Rafael Məhərrəmli ilə əvəzlənib.

5 dəqiqə sonra isə kapitan İlkin Qırtımov sıradan çıxıb. 31 yaşlı müdafiəçinin əvəzinə meydana 42-ci dəqiqədə Kərim Diniyev daxil olub.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən görüşdə “Keşlə” 1:0 hesabı ilə öndədir.

Mənbə:
0
313
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar