• Şikayət et

Kimlər vətəndaşlıqdan məhrum edilə bilər?

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasında birinci oxunuşda qəbul olunmuş vətəndaşlıq haqqında qanuna şəxsin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı yeni dəyişiklik təklif edib. Bu barədə məlumatı TASS verib.
Dəyişikliyə əsasən, ordunu nüfuzdan salmağa çalışan, ölkənin ərazi bütövlüyünü pozmaqla bağlı çağırış edən, eləcə də arzuolunmaz QHT-lərin fəaliyyətində iştirak edən şəxs vətəndaşlıqdan məhrum edilə bilər.
Prezidentin təklifinin ədalətli olduğunu bildirən Dövlət Duması Təhlükəsizlik komitəsinin sədri Vasili Piskaryov deyib: “Vətəndaşlığa qəbul edilərkən Rusiyaya sadiq olacağına, qanunlara əməl edəcəyinə and içmiş insanlar əgər bu vədlərini pozursa, bununla onlara Rusiya vətəndaşı hüququnu və öz müdafiəsini təklif edən dövlətlə müqaviləsini pozmuş olur və bu, dövlətə vətəndaşlığı ləğv etmək hüququ verir”. Onun sözlərinə görə, indiyədək 67 xarici təşkilat Rusiya ərazisində arzuolunmaz elan edilib.

Paşa ƏMİRCANOV

Mənbə:
0
961
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar