"Kuman "Barselona"da qalacaq" - Laporta

"Barselona"nın prezidenti Joan Laporta baş məşqçi Ronald Kumanın bu həftə istefaya göndəriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, "Marca"ya açıqlamasında bu məlumatların həqiqətə uyğun olmadığını deyib:

"Atletiko" ilə matçın nəticəsindən asılı olmayaraq, Kuman komandada qalacaq. İnsanlara güvən vermək lazımdır. Ümid edirəm ki, hər şey yaxşıya doğru dəyişəcək. Zədəli futbolçular sağalacaq. Əlavə olaraq, Kuman ən çətin vaxtda "Barselona"ya baş məşqçilik etməyə razı olub. O, ağır bir məsuliyyət götürüb. Kumanla yaxşı və səmimi münasibətlərimiz var. Ronald yaxşı insandır və o da mənim haqqımda da belə düşünür. Hamımız vəziyyəti "Barselona" nın xeyrinə yaxşılaşdırmağa çalışırıq.

Mənbə:
0
323
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar