• Şikayət et

Liviyada parlament binası yandırıldı

 

İllərdir xaos, zorakılıq və qeyri-müəyyənliyin davam etdiyi Liviyada gərginlik artır.

Teleqraf.com xəbər verir ki, bir qrup nümayişçi Nümayəndələr Palatasının binasını yandırıb.

Sosial mediada paylaşılan görüntülərdə Tobrukda binanın alov içində qaldığı, tüstünün yüksəldiyi görünür.

Nümayişçilər Tripolidə fövqəladə vəziyyətin elan edilməsini və mümkün qədər tez seçki keçirilməsini tələb edirlər:

"Royter" agentliyi nümayişçilərin "Elektrik istəyirik" və "Doymuşuq" şüarları səsləndirdiyini bildirib.

Mənbə:
0
108
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar