Tacikistan vətəndaşı Dubay hava limanında Duty Free Millennium Millionaire lotereyasında bir milyon dollar udub.
Publika.az xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
Agentliyin məlumatına görə, fevralın 1-də Tacikistan vətəndaşı Dubay Beynəlxalq Hava Limanının 2-ci terminalında oynanılan məşhur ərəb lotereyasının növbəti, 413-cü tirajını qazanıb. Lakin onun özü hələ qələbəsindən xəbərsizdir və təşkilatçılar onu axtarır.
Bildirilir ki, daha bir qalib var, o da hələ meydana çıxmayıb. Bu şri-lankalı Yasas Nalin Patiranadır . O, "BMW R nineT Pure" motosikletini qazanıb.
Üçüncü şanslı qalib "Mercedes Benz S500" avtomobili qazanan 48 yaşlı Hindistan vətəndaşı Amite Sarafe olub . O, 2021-ci ildə baş mükafatı - 1 milyon dollar da qazanmışdı.
"Duty Free Millenium Millionaire" 1999-cu ildən fəaliyyət göstərir. İndiyədək dünyanın 49 ölkəsinin nümayəndəsi baş mükafata sahib çıxıb.