• Şikayət et

Məhkəmə Nevzorova qiyabi olaraq 8 il həbs cəzası verib

"Çərşənbə günü Moskvanın Basmannı məhkəməsi jurnalist Aleksandr Nevzorovu Rusiya ordusu haqqında dezinformasiya yaymaqda təqsirli bilərək, qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib".

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.

"Nevzorov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin “d” bəndində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və o, cəzasını ümumi rejimli koloniyada cəkməklə, səkkiz il müddətinə azadlıqdan məhrum edilsin" - hakim Yevgeniya Nikolaevanın qiyabi çıxardığı hökmdə deyir.

Bundan başqa, jurnalistə cəzasını çəkdikdən sonra dörd il ərzində internet resurslarını idarə etmək qadağan edilib.

Federal qanuna görə, hökmdə giriş və əmr hissələri elan edilir. Nevzorovun özü prosesdə iştirak etməyib. Vəkil Nadejda Fedoseyeva bildirib ki, müdafiə tərəfi Nevzorovun hökmündən qiyabi apellyasiya şikayəti verəcək. "Nevzorov işində cinayət tərkibi olmadığı üçün hökmdən apellyasiya şikayəti verəcəyik. Nevzorov istedadlı jurnalist, tarixçidir, media haqqında qanuna uyğun fəaliyyət göstərib, o həddən kənara çıxmayıb", - deyə vəkil Nadejda Fedoseyeva bildirib.

Tərəflərin müzakirəsi zamanı prokuror Nevzorovun qiyabi olaraq 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfi bəraət hökmünün çıxarılmasında israr edib.

Jurnalistin ittiham edildiyi maddəyə görə, 5 milyon rubla qədər cərimədən 10 ilə qədər həbs cəzası nəzərdə tutulur. Bundan əlavə, jurnalistə rus hərbçiləri tərəfindən ukraynalı qadınlara qarşı zorakılıqlar barədə məlumat yaymaqda, həmçinin Mariupoldan olan mülki şəxslərdən canlı qalxan kimi istifadə etməkdə ittiham olunub.

İstintaqın məlumatına görə, Nevzorov martın 9-da İnstaqramda və martın 19-da “YouTube” kanalında Mariupolda Rusiya Silahlı Qüvvələrinin doğum evini qəsdən atəşə tutması barədə məlumat yayıb. Nəşrlər atəşdən zərər çəkmiş mülki şəxslərin fotoşəkilləri ilə təqdim olunuub. Bu görüntülərin yayılması mənbələri Ukrayna mediasıdır.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu məlumatın yalan olduğunu rəsmən elan edib və Daxili İşlər Nazirliyi Nevzorovu axtarışa verib. Həyat yoldaşının sözlərinə görə, o, İsrailə gedib. Məhkəmədə bir qədər əvvəl elan olunmuş işin materiallarına görə, jurnalistin İtaliyada yaşamaq icazəsi var.

Qadir, Bizimyol.info

P.S: Qeyd edək ki, Ukraynadakı vəziyyətlə bağlı nə qədər haqlı olsa da, Aleksandr Nevzorov Ermənistanın Azərbaycana qarşı təcazvüzünün əks-təbliğatında, o qədər yalan, uydurma və subyektiv məlumatlar yayıb. O birmənalı olaraq Erməistanın tərəfini saxlayıb və bunu etiraf edib.

Mənbə:
0
93
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar