Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanın baş naziri Nikol Paşinyanla dünənki telefon danışığını şərh edib.
Cumhuriyyet.az-ın məlumatına görə, Şarl Mişel özünün “Tviter” səhifəsində yazıb ki, diplomatik səylərin məqsədi Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyidir.
Şarl Mişel qeyd edib ki, o, dünən Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldəki son danışıqları davam etdirib.
Mişelin sözlərinə görə, o, həm Paşinyanın səylərini, həm də hər kəsin Cənubi Qafqazda sabit və təhlükəsiz mühitin yaradılmasına yardım səylərini tam dəstəkləyir.
Bundan əvvəl Paşinyan və Mişel arasında Avropa İttifaqının Şərq Tərəfdaşlığının əməkdaşlıq və investisiya planı çərçivəsində Ermənistana 2,6 milyard dolların ayrılması ilə bağlı sazişlərin icrası müzakirə edilib.