• Şikayət et

Mərkəzi Bank DSX üçün 3.4 milyonluq mal gətirən şirkətin cərimələnməsini istədi- QƏRAR

Azərbaycanda əsasən dövlət orqanları ilə əməkdaşlıq edən “Palladium Defence and Security Solutions” MMC-nin inzibati xəta törətməsi haqqında protokol tərtib edilib. Mərkəzi Bank adı çəkilən MMC-nin xaricdən mal alarkən valyuta tənzimi qaydalarını pozduğunu bildirib.

Musavat.com xəbər verir ki, Mərkəzi Bank MMC-nin xarici ölkəyə mal almaq adı ilə 308 min manat pul köçürdüyünü, lakin heç bir mal idxal etmədiyini qeyd edib.

Məhkəmə araşdırması zamanı Mərkəzi Bankın MMC barəsində tərtib etdiyi protokolun əsassız olduğu məlum olub.

Rəsmi sənədlərdə göstərilib ki, MMC Dövlət Sərhəd Xidmətindən xaricdən 3 milyon 400 min manatlıq hərbi təyinatlı mallar almaqla bağlı təklif alıb. Həmin malların Azərbaycana gətirilərək Bakı Baş Gömrük İdarəsində MMC-nin adına sənədləşdirilməsini sübut edən sənədlər də məhkəməyə təqdim edilib.

Bu əsaslarla inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.

Qeyd edək ki, "Palladium Şirkətlər Qrupu"na daxil olan - "Palladium Defence and Security Solutions" MMC şirkəti Dövlət orqanları ilə əməkdaşlıq edərək ancaq onların təchizatı ilə məşğuldur.

Ölkədə bu sahədə ixtisaslaşmış yeganə şirkətdir. "Palladium Defense and Security Solutions" MMC şirkəti 2014-cü ildə yaradılıb və mərkəzi ofisi Bakı şəhərində yerləşir. Şirkətin rəsmi saytında qeyd olunur ki, Azərbaycanda və digər xarici ölkələrdə təhlükəsizlik, hüquq-mühafizə və mülki müdafiə sahəsində kifayət qədər əməkdaşlıq əldə edilib. Şirkətin bir neçə ölkədə (BƏƏ, Gürcüstan Respublikası, Çexiya, Almaniya və s.) tərəfdaşları vardır. Şirkətin əsas fəaliyyət istiqamətləri mülki bazar və hüquq-mühafizə orqanları üçün mühafizə və təhlükəsizliyə dair tam həll yollarının təminatıdır. Əsas müştərilər Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi Penitensiar Xidməti və hüquq-mühafizə orqanları, kommersiya təşkilatlarıdır.

Mənbə:
0
4575
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar