Mingəçevir şəhər Polis Şöbəsinə yeni kadr təyinatı olub.
Yeniavaz.com xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmrinə əsasən Rəşad Abdullayev Mingəçevir Polis Şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsinə təyin olunub.
Bundan əvvəl o, Qazax rayon Polis Şöbəsində çalışıb.
Rəşad Abdullayev bu vəzifədə sərəncama alınmış Cavid Talıbovu əvəz edəcək.