• Şikayət et

Mirzoyan Brüsseldə Laçın dəhlizindən söz açdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Belçikanın paytaxtı Brüsselə səfəri çərçivəsində Avropa Parlamentinin Xarici Siyasət Komitəsinin rəhbəri Devid Makallisterlə görüşüb.

Press.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, tərəflər Laçın dəhlizindəki situasiyanı müzakirə ediblər.

Həmçinin görüşdə regionda təhlükəsizlik və sabitlik məsələləri, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ətrafında da fikir mübadiləsi aparılıb.

Mənbə:
0
143
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar