• Şikayət et

Moldovada Azərbaycan məktəbi - VİDEO

Moldovada, Kişineu şəhərədində bu ilin avqustundan Azərbaycan həftə sonu məktəbi fəaliyyət göstərir. Həftədə bir dəfə şənbə günü iki saat olmaqla orda yaşayan azərbaycanlı ailələrin uşaqlarına ana dilimiz tədris olunur. AZƏRBAYCAN HƏFTƏ SONU MƏKTƏBİNİN MÜƏLLİMİ SƏİDƏ SƏFƏROVA bildirdi ki, məktəbinfəaliyyətə başlaması qısa zaman kəsiyində müsbət təsirini göstərib. Nəinki müəyyən yaşdan sonra Moldovaya köçən, hətta Azərbaycanı heç vaxt görməyib, bu ölkədə doğulub böyüyən uşaqlarda, valideynlərdə belə Azərbaycana, Qarabağa qarşı xüsusi maraq yaranıb.

Bildirildi ki, uşaqların dərs proqramı ilə təmin olunmasına Diasporla iş üzrə dövlət komitəsi yaxından dəstək verid. Bütün bunlara baxmayaraq yenə də müəyyən çətinliklər var.

Qeyd edək ki, bu il aprelin 22-də Mədəniyyət Paytaxtımız Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında Prezident ilham Əliyevin diaspora təmsilçilərinin qarşısına qoyduğu tələblərdən də biri elə bu idi. Xaricdə yaşayan azərbaycanlıların öz tarixi Vətəni ilə sıx bağlılığnı təmin etmək. MOLDOVA AZƏRBAYCANLILARI KONQRESİ də bu tapşrığı yerinə yetirib ilk addım atanlardandır.

Mənbə:
0
570
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar