• Şikayət et

Narkomaniya İranın dövlət siyasətidir - VİDEO

İranda daxili vəziyyət gərgin olaraq qalır. Hazırkı durumda molla rejimi mövcud qarışıqlardan yayınmaq üçün xaricdə təhlükə formalaşdırıb xalqın diqqətini oraya yönəltməklə məşğuldur. İndiki məqamda Azərbaycanı düşmən kimi qələmə vermək lap yerinə düşür. Ona görə ki, bu, İrana həm daxili xaosu yönəltmək, həm də regionda yaranan yeni geosiyasi balansa müdaxilə etmək fürsəti verir. Son günlər İran-Azərbaycan münasibətlərindəki gərginliyin pik həddə çatması da məhz Tehranın yürütdüyü ikibaşlı xarici siyasətlə bağlıdır. Münasibətlərin yaxın keçmişinə nəzər saldıqda görürük ki, problemlər 44 günlük Vətən müharibəsindən sonra artıb. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan Ermənistan sərhədinin 132 km-lik hissəsinə nəzarəti bərpa etdi, bununla İrandan Ermənistana, oradansa Avropaya gedən narkotrafik marşrutunun qarşısını alındı. Təsadüfi deyil ki, bu amil münasibətlərin nəzərəçarpacaq qədər gərginləşməsinə gətirib çıxardı.

Şübhəsiz, Azərbaycanda narkomaniyanın yayılması İranın dövlət siyasətidir. Özünü dünyada narkotiklə mübarizədə qəhrəman obrazında təqdim edən İran, dünya narkotrafikində böyük paya malikdir və narkotik ticarəti SEPAH-ın əsas gəlirlərindən hesab olunur. İran Yaxın Şərqdəki terror təşkilatlarını narkotik ticarətindən əldə etdiyi gəlirlər hesabına silahlandırır, indiki məqamda Qarabağın “boz bölgə” kimi əlindən çıxması isə onun qıcıqlanmasına səbəb olur.

Cari ildə İranla sərhədin digər hissələrində saxlanılan heroinin həcmi əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb. Bu barədə ABŞ Dövlət Departamenti və Avropa təşkilatlarının illik hesabatlarında da çoxsaylı faktlar var. Bu da, onu deməyə əsas verir ki, 30 il ərzində Ermənistanla İran əlbir şəkildə işğal altındakı Azərbaycan ərazilərindən Avropaya narkotrafik məqsədilə istifadə edib. Azərbaycan əvvəllər də ərazilərimizin narkotrafik və terrorçu düşərgələri üçün istifadə olunduğunu dəfələrlə bəyan etsə də, həmin ərazilərin yenidən nəzarətimizə keçməsilə aşkarlanan faktlar sözügedən bəyanatların doğruluğunu təsdiqləyir.

 

Mənbə:
0
521
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar