• Şikayət et

NATO-dan Rusiya sərhədində manevr - İki minlik qüvvə cəlb olundu

 

Polşanın şimalında, Belarus və Rusiyanın Kalininqrad vilayətinin sərhədləri yaxınlığında keçirilən “Tumak 22” hərbi təlimlərində 2 min NATO hərbçisi iştirak edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərə Polşa, ABŞ, Böyük Britaniya, Rumıniya və Xorvatiya hərbçiləri qatılıblar.

Təlimlərdə hərbçilər çayları və su anbarını keçərək şərti düşmənin hücumlarını dəf edib, həmçinin əks-hücuma keçiblər.

Polşa müdafiə naziri Mariuş Blaşçak deyib ki, Polşa ordusu NATO-nun bütün şərq qanadının təhlükəsizliyini öz üzərinə götürməyə hazırdır.

Mənbə:
0
67
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar