Naxçıvanda bəzi bank əməliyyatları üzrə göstəricilər açıqlanıb

27 iyul, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikanın banklarında açılmış bank hesablarının sayı 1 iyul 2021-ci il tarixinə 95514-ə çatıb.

ABC.AZ-ın məlumatına görə, bunun da 82654-ü və ya 86,5 faizi aktiv hesablardır.

2021-ci ilin yanvar-iyun aylarında açılmış 21728 bank hesabının 21692-si aktiv hesablar olub.

1 iyul 2021-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1467-yə çatdırılıb.

2021-ci ilin yanvar-iyun aylarında internet və POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 56 milyon 188 min 728 manat təşkil edib.

Bu da bir il öncəki göstəricidən 39,5 faiz çoxdur.

Mənbə:
0
252
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar