Bütün hökumətlərin, hətta ən uğurlularının belə, səhvləri və nöqsanları olur, lakin bu çatışmazlıqların dönməz nəticələrə gətirib çıxarması ayrı məsələdir. O halda, bir qayda olaraq, hakim siyasi komanda və məmurlar öz hərəkətsizliyinə və ya niyyətlərinə görə cavab verirlər. Məsələn, bir sıra qərbin inkişaf etmiş ölkələrində görürük ki, kiçik bir səhvə və nöqsanlığa görə belə, ölkə rəhbərinin vəzifədən uzaqlaşdırılması məsələsi gündəmə gətirilir, üstəlik, onun barəsində iş başlanılır və ya impiçment prosesi başlanır. “Past” nəşri yazır ki, Ermənistanda məsuliyyət məntiqi işləmir.
Nəşr qeyd edir ki, 2018-ci ildə hakimiyyətə gəlməklə Paşinyan və onun komanda yoldaşları tam və təhlükəsiz Qarabağa sahib olsalar da, indi ondan əsər-əlamət qalmayıb.
“Niyə məğlub olduq, dərin səbəb nə idi kimi suallar indiyə qədər havada qalıb. Hakimiyyət indiyədək siyasi-hüquqi məsuliyyətdən yayınmağa nail olur, əvəzində hərbçilərə qarşı bəzi cinayət işləri var, onları həll etmək çətindir. Çünki Paşinyan dövründə başlanan işlərin həmişə şübhəli taleyi var və yolun yarısında sıradan çıxır. Amma iş başlamasa da, çatışmazlıqların aşkar olduğu sahələr var. Onlardan biri isə silah əldə etmək məsələsinə aiddir.
Niyə görə indiki mərhələdə Ermənistan yalnız Hindistandan yeni silah partiyası almağa çalışır və ya müharibədən iki il sonra İrandan PUA almaq üçün təklif verir, əgər bunu müharibədən əvvəl etmək mümkün idisə, Paşinyan niyə etməyib?
Belə olan halda, niyə raketsiz Su-30 qırıcıları aldılar və ya başqa təkmil silahlar da ala bildikləri halda, niyə məhz bununla kifayətləndilər? Paşinyan isə özünə haqq qazandırmaq üçün hər dəfə hərbçilərin nə təklif etdiyini açıqlayır və ona uyğun olaraq təklif planını təsdiqlədiyini bildirir.
PUA-ların istehsalı ən müasir texnologiyalar və ya böyük maliyyə vəsaiti tələb etmirdi. Məsələn, bu günlərdə İranın PUA-ları, xüsusən də Ukrayna müharibəsi zamanı həlledici rol oynayan “Şahed 136” haqqında çox danışılır. Hətta sanksiyalara görə İranda texnologiyaya çıxışda problemlər yarandığı halda, onlar nisbətən ucuz və effektiv kamikadze PUA-lar yarada biliblər və qərb mediası da onlarda köhnə motosiklet mühərriklərindən istifadə olunduğunu yazır.
Bütün bunlar Ermənistanın indiki hakimiyyətinin ən azı indi də davam edən fəaliyyətsizliyindən xəbər verir. Amma səhvlərə, çatışmazlıqlara vaxtında qiymət verilməyəndə onlar təkrarlanır. Məsələn, aprel döyüşləri ilə bağlı hakim iqtidar nümayəndələrinin təşəbbüsü ilə komissiya yaradılıb, boşluqları nəzərə alıb, dərs götürsünlər, amma onlar bunu şouya, siyasi dividendlər toplamaq üçün tamaşaya çeviriblər, Hakimiyyət hadisələrin və şəraitin real vəziyyətini nəzərə almadı.
Aprel döyüşlərindən hələ dərs almayan 2020-ci il müharibəsindən sonra hakim iqtidarın nümayəndələri bu dəfə öz siyasi liderinə haqq qazandırmaq üçün xüsusi komissiya yaratdılar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az