• Şikayət et

Ordu dövlətin dayağıdır - VİDEO

30 il az vaxt deyil, 30 ildə formalaşan fikir, psixologiya, nəsil dəyişimi və s.istənilən steriotipləri də dəyişir. 30 ildi düşmən bizim torpaqlarımızda 2-ci erməni dövləti qurmağa çalışırdı. Dünya tərəfindən tanınmasa da, de fakto mövcud idi və 2 ci Qarabağ müharibəsi bütün xülyalar üstündən xətt çəkdi. Qərb qonşularımız da daxil olmaqla hər kəs Azərbaycan ordusunun gücünü gördü.

Lakin Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmadı. Bizim igidlər Vətəni qanı, canı bahasına qorudu, sahib çıxdı. Hətta son 2 ildə də biz dayanmadıq. Bu gün bizim Silahlı Qüvvələrimiz daha da güclənib. Zəfər günümüzdə alınmaz qala Şuşada çıxış edən zaman prezident İlham Əliyevin səsləndiri fikirlər həzm edə bilməyən bəzi qüvvələr Azərbaycan ordusunu ləkələmək, gözdən salmaq niyyəti ilə təxribat kampaniyasına başlayıb.

Bu gün Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməyə cəhd edənlər bir nüansı xüsusilə unutmamalıdırlar. Azərbaycanın Silahlı Qüvvələrini riyakar siyasi məqsədlər üçün ləkələmək mümkün deyil. Çünki bu gün təkcə ordunun daha da gücləndirilməsi deyil, həm də baş verən istənilən xoşagəlməz hadisəyə dərhal hüquqi qiymətin verilir. Həmçinin məğlubiyyət ləkəsini, işğal faktını da üzərimizdən o igid əsgərlər, komandirlər, səngərdə şəhid olan generallar üzərimizdən sildi. Rəsmi İrəvan da unutmamalıdır süni şəkildə vaxt uzadaraq, hansısa möcüzəni gözləməsinlər, havadarları da gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunun gücünü qüdrətini görəcək.

Mənbə:
0
605
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar