Ramil Məmmədli: “200 nəfərlik mülki missiyanın tərkibində çoxsaylı hərbi təlimatçılar, hərbi kəşfiyyatçılar olacaq”
Məlum olduğu kimi, Avropa İttifaqı Şurası sərhəd ərazilərdə “sabitliyə töhfə vermək” məqsədi ilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib. Qurum bildirib ki, bu missiya vasitəsilə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılmasına çalışacaq.
Monitorinq missiyası iki il müddətinə müəyyənləşdirilib və Ermənistanda sərhəddə patrul xidməti həyata keçirəcək.
Ancaq bəllidir ki, sözügedən missiyanın bir sıra məqsədləri var. Ermənistan Aİ-nin bu ölkədəki yeni və iki illik mülki missiyasının arxasında Rusiyaya qarşı nə kimi planlar hazırlayır? Bəlli məsələdir ki, 200 nəfərlik mülki missiyanın əksəriyyəti Fransanın keçmiş hərbçiləri və kəşfiyyat xidməti təmsilçiləri olacaq. Bu o deməkdir ki, onların sərhəddə fəaliyyəti hərbi kəşfiyyat xarakterli olacaq. Heyətin əsasən Fransa hərbçilərindən ibarət olması Rusiyaya yönəlik bir addımdır. Eyni zamanda, onların təkcə sərhəddə deyil, bütün Ermənistan ərazisində monitorinq aparmaq səlahiyyəti olacaq. Bu o deməkdir ki, Aİ müşahidə missiyası Rusiyanın 102-ci hərbi bazası yaxınlığında da müşahidə apara bilər. Belə şəraitdə Ermənistanın 200 nəfərlik Aİ missiyasının arxasında Rusiyaya qarşı hansı planları hazırladığı maraqlı görsənir.
Ekspertlərin bununla bağlı fikirləri nədən ibarətdir?
“Onlar Rusiyanın hərbi təsisatlarına, infrastrukturuna yönəlik diversiyaların törədilməsini hazırlayacaqlar”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Rusiyaya qarşı hərbi xarakterli deversiyalar ola bilər: “Onsuz da Qərbin siyasi baxımdan Ermənistanda fəaliyyəti genişdir. Qərbin dəstəyi ilə 2018-ci ildə Nikol Paşinyan Ermənistanda hakimiyyətə gətirildi. Sistematik olaraq cəmiyyətdə Rusiyaya qarşı antipatiya daha da artıb. Üstəlik, 44 günlük Vətən müharibəsindən sonra Rusiyaya qarşı nifrət növbəti mərhələyə daxil oldu. Belə baxanda, Rusiya o vaxt Qarabağdakı separatçıları xilas etdi. O mənada ki, Qarabağın erməni separatçılarından tamamilə təmizlənməsinə imkan vermədi. Bu baxımdan ermənilər Rusiyaya minnətdar olmaq əvəzinə, tam tərsinə, Moskvaya nifrət edirlər. Bu da Qərbin işinə yarayır. Yağlı vədlər verməklə, tarixən satqın olan erməniləri öz tərəflərinə çəkirlər. Hesab edirəm ki, bununla bağlı elə bir problem yoxdur. Qərb Aİ müşahidə missiyası adı altında Ermənistanda gizli hərbi varlığını gücləndirir. Çox güman ki, 200 nəfərlik mülki missiyanın tərkibində çoxsaylı hərbi təlimatçılar, hərbi kəşfiyyatçılar olacaq. Onlar Rusiyanın hərbi təsisatlarına, infrastrukturuna yönəlik diversiyaların törədilməsini hazırlayacaqlar. Nəzərə alsaq ki, ermənilər terrora meylli bi xalqdır, o baxımdan adam tapmaqda problem olmayacaq. Yəni nəzərdə tutulan deversiyalar ermənilərin əli ilə həyata keçiriləcək. Bu, sabotajdan tutmuş, partlayışlara qədər müxtəlif formada özünü göstərəcək. Bunu da Fransadan gələn hərbi təlimatçılar hazırlayacaq. O üzdən, Ermənistanda Rusiyaya yönəlik təxribatların daha da artacağı gözlənilir”.
Vidadi ORDAHALLI