“İstənilən müharibə sülhlə sona çatır”
Cumhuriyyet.az Ria Novosti-yə istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
O, Rusiya-Ukrayna müharibəsindən danışarkən belə deyib.
“Rusiya Federasiyasının səsi eşidiləcək, biz ayaqlarımız üzərində inamlı dayanacağıq”, – Peskov əlavə edib.
Prezidentin sözçüsü bildirib ki, Qərb Rusiyaya qarşı nifrət mərkəzi olan anti-Rusiya yaratmağa Ukraynadan başladı: “Amma ukraynalılar sülhsevər, bizə bağlı xalqdır”.