• Şikayət et

Polşa hərbi sənaye istehsalını gücləndirir

ABŞ istehsalı olan HIMARS və Cənubi Koreya istehsalı olan K-239 CHUNMOO çoxlüləli raketçi sistemləri qismən Polşanın müdafiə sənayesi sektoru tərəfindən istehsal olunacaq.

“Xalq qəzeti” xəbər verir ki, artıq sistemlərin Polşada birgə istehsalı üçün ilk addım atılıb.

Noyabrın 9-da Varşavada tərəflər arasında keçirilən görüş zamanı PGZ-WWR konsorsiumu ilə Polşa Silahlanma Agentliyi arasında HIMARS və K239 CHUNMOO MLRA-ların bəzi hissələrinin Polşada istehsalına dair çərçivə sazişi imzalanıb.

Qeyd edək ki, bu, hazırda MBDA UK və PZG arasında həyata keçirilən “Narew” Hava Hücumundan Müdafiə Sistemi layihəsindən sonra Polşa Müdafiə Sənayesi tərəfindən reallaşdırılan ikinci ən böyük layihədir.

 

Mənbə:
0
956
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar