• Şikayət et

Populyar müğənni səhnəsinə atılan şirniyyatı yedi

Sinan Akçıl konsertində “yorğunam, enerjim yoxdur” dediyi üçün səhnəsinə mesir məcunu atdılar...

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, məşhur sənətçi Sinan Akçıl Manisada universitet tələbələrinə konsert verib. Konsert zamanı “Rəsmən yoruldum, enerjim yoxdur” deyən Akçıla tələbələr mesir məcunu adlı şirniyyat atıblar. “Sizə halal olsun, səhnəyə telefon və başqa əşyalar atmağa son. Artıq səhnəyə yerli məhsullar atın”, deyən Akçıl yerdən götürdüyü mesir məcununu ağzına atıb.

Qeyd edək ki, Manisa Atatürk İdman Salonunda keçirilən konsertdə Sinan Akçıl minlərlə universitet tələbəsinə konsert verib. Ötən gün şəhər görüşləri çərçivəsində şəhərə gələn və tələbələrlə vaxt keçirən Akçıl gənclər mərkəzində tələbələrlə birlikdə studiyaya daxil olaraq mahnı oxuyub.

Mənbə:
0
386
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar