• Şikayət et

Professor şikayət etdi, Bakıda tələbə qızlara qarşı əxlaqsızlıq edən manyak saxlanıldı

Bakıda tələbə qızlara qarşı əxlaqsız hərəkətlərə yol verən manyak saxlanılıb. 

Təqsirləndirilən C.D. ad-soyadlı şəxs mütəmadi olaraq Nizami rayonu, H.Əliyev prospektində, metronun "Koroğlu” stansiyasının yaxınlığında yerləşən "Yolkalıq” adlanan ərazidən keçən tələbə qızlara qarşı nalayiq hərəkətlərə yol verərək, cinsi orqanını nümayiş etdirib.

26 oktyabr 2022-ci il tarixdə saat 09:30 radələrində onun eyni yerdə həmin əməli etməsi barədə daxil olmuş şikayət əsasında Nizami Rayon Polis İdarəsinin postpatrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Təqsirləndirilən şəxs məhkəmə izahatında bildirib ki, boş vaxtlarında "Koroğlu” stansiyasının yaxınlığında yerləşən "Yolkalıq” adlanan ərazidə dayanır, oradan keçən tələbə qızlara cinsi orqanını nümayiş etdirir, amma əxlaqsız təkliflər etmirmiş. Əməlindən peşman olan şəxs barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş edib.

Məhkəmədə o da məlum olub ki, manyak Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Bakı Texniki Kollecinin direktoru, professor Akif Cahangirovun şikayəti əsasında saxlanılıb. 

Akif Cahangirov

Bakı şəhəri Nizami Pİ-nin postpatrul xidmətinin əməkdaşı bildirib ki, Bakı Texniki Kollecinin direktorunun tələbə qızlardan daxil olmuş şikayətlər əsasında müraciəti, o cümlədən daha bir xanımın şikayəti əsasında 26 oktyabr 2022-ci il tarixdə, saat 09:30 radələrində sözügedən əraziyə yaxınlaşıblar və barəsində şikayət edilən şəxsi həmin yerdə aşkar ediblər: "Yaxınlaşaraq onu saxlamaq istədikdə, həmin şəxs qaçmağa çalışdı. Lakin onu saxlayaraq ərazi üzrə 23-cü Polis Bölməsinə apardıq".

İşə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Hüseynquluoğlunun sədrliyi ilə baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 10 gün həbs cəzası seçilib.

Mənbə:
0
687
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar