• Şikayət et

“Putin artıq strateji müharibəni uduzub” - Blinken

 

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı strateji müharibəni uduzub.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Taktika ilə strategiyanı qarışdırmayaq. Putini strateji hədəfləri baxımından artıq uduzub. Onun strateji məqsədi Ukraynanın suverenliyi və müstəqilliyinə son qoymaq, onu xəritədən silmək və Rusiyanın tərkibinə daxil etmək idi”, - Blinken qeyd edib.

ABŞ dövlət katibi strateji planlarla yanaşı, Kremlin taktiki planlarının da olduğunu söyləyib.

“Bu arada Ukraynanın şərqində taktiki, şiddətli döyüşlər davam edir, Ukrayna qüvvələri geri çəkilir. Hər iki tərəfin uğurları da var. Amma strateji baxımdan önəmli olan budur ki, Putin əldə etməyə çalışdığına nail olmayacaq”, - Blinken vurğulayıb.

Mənbə:
0
160
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar