• Şikayət et

Putin: “Kainatın liderleri hər şeyə nəzarət edirlər”

Rusiya prezidenti Vladimir Putindən beynəlxalq konfransda maraqlı açıqlamalar gəlib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin verdiyi açıqlamada ölkəsinə tətbiq edilən məhdudiyyətlər arasında beynəlxalq ödənişlərin də olduğunu deyərək: “Mövcud beynəlxalq ödəniş sisteminin tənzimlənməsi dövlət və maliyyə qruplarından ibarət dar bir klubunun nəzarəti altındadır. Bu qrup kainatın ağalarıdır və hər şeyə monopolist olaraq nəzarət edirlər”, deyə qeyd edib.

Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada “Sberbank”ın təşkil etdiyi “Süni intellekt dünyasında səyahət” mövzusunda beynəlxalq konfransda çıxış edib.

Süni intellekt sahəsində irəliləyişlərin çox vacib olduğuna və dövlətlər arasında rəqabətin artdığına diqqət çəkən Putin: “Əldə edəcəyimiz nəticələr Rusiyanın dünyadakı yerini, suverenliyini, təhlükəsizliyini, rifahını və iqtisadi problemləri, sənaye və sosial inkişaf vəzifələrini yeni səviyyədə həll etmək qabiliyyətini müəyyən edəcək”, deyib.

İqtisadiyyatın bütün sahələrində süni intellekti tətbiq etmək missiyasının Rusiyanın cari onillik üçün hədəfi olduğunu izah edən Putin: “Süni intellekt iqtisadiyyatın bütün sektorlarını, sosial sahəni və dövlət idarəetmə sistemini əhatə etməlidir. Planlaşdırılmış bu yolda biz süni intellektin sürətli inkişafı üçün lazımi zəmin yaratdıq”, deyə bildirib.

Həmçinin, Rusiyaya beynəlxalq ödəniş sistemləri ilə bağlı məhdudiyyətlər qoyulduğunu bildirən Putin deyib:

“Qanunsuz məhdudiyyətlərin tətbiq olunduğu müasir dünyada hücum sahələrindən biri də beynəlxalq ödənişlərdir. Mövcud beynəlxalq ödəniş sisteminin tənzimlənməsi dövlətlərdən və maliyyə qruplarından ibarət dar bir klubun nəzarəti altındadır. Bu qrup kainatın ağalarıdır və monopolist şəkildə hər şeyə nəzarət edirlər”.

Rəqəmsal valyuta texnologiyalarına əsaslanaraq yeni beynəlxalq ödəniş sistemlərinin hazırlana biləcəyini vurğulayan Putin: “İştirakçılar üçün tamamilə təhlükəsiz, ən əsası isə banklardan və üçüncü tərəfin müdaxiləsindən asılı olmayan yeni beynəlxalq ödəniş sistemi yaratmaq mümkündür”, deyib.

pia.az

Mənbə:
0
102
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar