Qanunsuz “hərbi birləşmənin komandirinin keçmiş müavini”, polkovnik Qarri Səfəryan və onun həyat yoldaşı Rita Bağdasaryan Ermənistan Baş Prokurorluğuna dəvət olunublar. Ordu.az xəbər verir ki, onlar bildiriş alıblar.
Bildirişdə qeyd olunub ki, Ermənistan Baş Prokurorluğunun qanunsuz mənşəli əmlakın müsadirə edilməsi şöbəsində onlara məxsus əmlaklarla bağlı araşdırma aparılır, nəticədə icmal tərtib edilib.
Bildirişdə həmçinin bildirilir ki, bildiriş alındığı andan bir ay müddətində işin materialları ilə tanış olmaq, öz mövqeyini, habelə bəyannaməni təqdim etmək üçün qanunsuz mənşəli əmlakın müsadirə edilməsi şöbəsinə gəlmək lazımdır.