• Şikayət et

Qarabağ qazisinin 423 min dollarını ələ keçirib özünü öldürmək istəyiblər

Birinci Qarabağ müharibəsi qazisi, "Avtotransyol” və "Murov TSK” şirkətinin rəhbəri Əfqan Zeynalova məxsus 423 min dollar mənimsənilib. Qaynarinfo xəbər verir ki, pulları Əfqan Zeynalovun sahibi olduğu şirkətin kadrlar şöbəsinin müdiri Nelli Fabriçna ələ keçirib. 

Hazırda bu cinayətlə bağlı məhkəmə istintaqı aparılır. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən son prosesdə şahid qismində Hökümə Zeynalova dindirilib. 

O, Əfqan Zeynalovun bacısı olduğunu deyib. Hökümə Zeynalovanın sözlərinə görə, qardaşının yaşadığı evə gələrkən onun vəziyyətinin ağır olduğunu görüb:  "Əfqana yemək hazırladım, güclə yedizdirdim. Stolun üstündə mürəbbə suyu, dərman şüşəsi var idi. Əfqan yemək yeyəndən sonra həmin suyu ona verdi. Gördüm ki, qardaşımın halı pisləşdi. Elə bildim ki,  xəstəlikdəndir”.

Şahid deyib ki, qonşu otaqda Nellinin telefonda kiminləsə danışdığını eşidib:”Nellidə də açar var idi. Yarı rusca, yarı azərbaycanca dilində kiməsə deyirdi ki, dalbadal verdim dərmanı,amma Maştağalıq olmur. Səhəri gün də qoynundan  dərman çıxarıb Əfqana verən yerdə tutdum. Soruşanda dedi ki, "valerianka”dır”. 

İfadəsinin davamında şahid deyib ki, qonşu otaqda namaz qılanda Əfqanın xırıldıyan səsini eşidib. Digər qardaşı Mamedə zəng vurub, təcili gəlməsini istəyib. Bundan sonra Əvəz Zeynalovu həkimə aparıblar. 

Hökümə Zeynalovanın ifadəsinə görə, N.Fabriçnaya seyfdən götürdüyü pulları etiraf edib:”Mən pulun miqdarını bilmirəm. Nelli deyirdi ki, 400-500 min götürmüşəm, əcəb eləmişəm. Mübahisə etdik. Dedim ki,mən uşaq deyiləm, qardaşımı niyə öldürürdünüz? Sənə pul lazım idisə mən kənddən yığar verərdim. Ağladı, dedi ki, mən Əfqanı öldürməsəydim onlar məni öldürəcəkdilər. Özü üzrxalıq etdi, pulları qaytarcağını dedi”. 

Məhkəmə prosesi noyabrın 14-də davam edəcək.

Mənbə:
0
713
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar