Qarabağda separatçılar yenidən Rusiya sülhməramlılarının hərbi bazasının qarşısına toplaşıb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, hazırda Qarabağda ermənilər sülhməramlıların bazasının əsas girişində etiraz aksiyası keçirir. Onlar sülhməramlılardan “öhdəliklərini tam yerinə yetirməyi” tələb edirlər.
“Biz istəyirik ki, siz bizim üçün sülhü təmin edəsiniz, problemi həll edəsiniz. Biz ruslara deyirik: öz vəzifələrinizi yerinə yetirin, bacarmırsınızsa, bizə açıq deyin”, – deyə aksiyanın təşkilatçısı David Kaqramanyan bildirib.
0
266