• Şikayət et

Qətnamələri yandırın, Fransa işıqlansın! - VİDEO

Fransa senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə Beynəlxalq Hüquq kontekstindən çıxmaqla yanaşı suveren dövlətlərin daxili işlərinə qarışmaq anlamına gəlir. Bunu millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyir. O, rəsmi Parisin tarixə qovuşmuş ATƏT-in Minsk Qrupunun üzvü kimi də fəaliyyətinin sıfra bərabər olduğunu bildirir.

Fransa senatının qəbul etdiyi absurd sənəd özlüyündə tövsiyyə xarakteri daşıdığı üçün, onun heç bir hüquqi əhəmiyyəti yoxdu. Yəni kağız parçasından başqa bir şey deyil. Məhz bu səbəbdən də bu sənəddən hər hansı bir şikayət vermək mümkün deyil. Amma dediyimiz bu kağız parşçası Azərbaycan-Fransa münasibətlərinə təsir etdi və edəcək. Milli Məclis sənədə etiraz olaraq bəyanatla çıxış etdi və hökumətə Azərbaycan-Fransa münasibətlərinə yenidən baxmağı təklif etdi. Beləliklə də, gələcəkdə Bakı ilə Paris arasında münasibətlərin soyumasına görə birbaşa olaraq Fransa senatı və ermənipərəst Fransa hakimiyyəti məsuliyyət daşıyır.

Öz burnunu digər ölkələrin dövlətlərarası məsələlərinə soxan Fransanın daxilində vəziyyət heç də ürəkaçan deyil. Ölkədə enerji böhranı pik həddə çatıb. Vəziyyət o yerə gəlib ki, Fransanın 3 ən böyük enerji şirkəti - TotalEnergies, EDF və Engie fransızları enerji istehlakını dərhal azaltmağa çağırıb və sözügedən şirkətlərin rəhbərləri birgə bəyanat veriblər. Bəyanatda Fransa da daxil olmaqla Avropanın enerji sistemində aylardır ciddi problemlər yaşandığı, Rusiya qazının bəzi ölkələrə nəqlinin ciddi şəkildə azaldığı və qaz ehtiyatları baxımından həyəcan səviyyəsinin yüksək səviyyədə olduğu qeyd edilib. Bu problemlərin yaratdığı qiymət artımı isə ictimai və siyasi vəziyyəti təhdid etməklə yanaşı, ailələrin alıcılıq qabiliyyətinə də təsir edir.
Havaların soyuması ilə ölkədə enerji böhranı da dərinləşir. Mağazalardan birinin işçiləri küknar ağacının işıqlandırılması mərasiminə mane olublar. Direktorun bayram təbriki etirazçıların fit səsi ilə boğulub, həlledici anda isə çələngin işıqları söndürülüb. Onlar kommunal problemlərlə mübarizə apardığı bir zamanda dekorasiyaların işıqlandırılmasına etiraz ediblər. Üstəlik, böhran səbəbindən alıcılar xərclərini azaldıb və qarşıdan gələn bayramlar biznesmenlər üçün yaxşı heç nə vəd etmir. Onlar yaşayış səviyyəsinin aşağı olmasından şikayətlənir və maaşların artırılmasını tələb edirlər.
“İnflyasiya dözülməzdir. Ailələr əziyyət çəkir. İşçilər əziyyət çəkir. Artıq dolana bilmirik. Biz xoşbəxt olduğumuz üçün burada deyilik. Bir iş gününü itirmişik, maaşımızdan tutulacaq. Amma bizim başqa seçimimiz yoxdur, etiraz etməliyik”, -deyə etirazçılardan biri bildirir.

Rumıniyanın Medias şəhərində isə daha da irəli gedərək insanların dözüm səviyyəsini ölçmək üçün təcrübə aparıblar. Onlar şəhər sakinlərini üç gün ərzində işıqsız və qazsız yaşamağa məcbur edəcəklər. Və nəticədə soyuq havalarda bunun mümkün olub-olmadığını başa düşmək və sonra bütün ölkəyə tətbiq etməyi düşünürlər.

 

Mənbə:
0
734
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar